1988-1991-ci illərdə azərbaycanlıların deportasiyası faktı ilə bağlı 2500-dən çox zərərçəkmiş dindirilib - Prokurorluq

13:17 08.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

1988-1991-ci ildə azərbaycanlıların öz doğma torpaqlarından məcburi deportasiya edilməsi faktı ilə bağlı 2500-dən çox zərərçəkmiş şəxs prokurorluq orqanları tərəfindən dindirilib.

Hafta.az xəbər verir ki, bunu Baş Prokurorluğun “İnstaqram” sosial şəbəkəsindəki səhifəsində canlı yayım zamanı İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

 

 
O bildirib ki, ümumiyyətlə azərbaycanlılar indiyə qədər 4 mərhələli deportasiya məruz qalıb:

“Bunların hamısı prokurorluq orqanları tərəfindən araşdırılır. Həmin deportasiyalar zamanı 100 minlərlə azərbaycanlı öz doğma yurdlarından qovulub. Onların bir çoxu xüsusi amansızlıqla qətlə yetirilib. Əmlakları əllərindən alınıb. Hazırda yaxın tarix sayılan 1988-1991-ci illərdə azərbaycanların deportasiya edilməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Hələ də araşdırmalar aparılır, dindirmələr həyata keçirilir”.